“Koçaryan və Sarkisyan cütlüyü reallığı dərk edə bilmədi” -   Hərbi ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Koçaryan və Sarkisyan cütlüyü reallığı dərk edə bilmədi” - Hərbi ekspert

Siyasət

19 Dekabr 2020 12:04 1541


"Levon Ter-Petrosyandan fərqli olaraq, Robert Koçaryan və Serj Sarkisyan hakimiyyəti Azərbaycana qarşı xüsusi aqressivliyi ilə seçiliblər. Ermənistanın sabiq prezidenti Ter-Petrosyan bir zamanlar deyirdi ki, “bu  gün Azərbaycanın bizə verdiklərini sabah yalvarsaq da ala bilməyəcəyik”. Zaman bir daha sübut etdi ki, bu sözlərin arxasında böyük həqiqətlər dayanır. Bu həqiqətin üzə çıxmasından ötrü təqribən 30 il vaxt keçməli oldu, biz bu həqiqətin nə qədər real olduğunu ermənilərə sübut etdik".

Yenisabah.az xəbər verir ki, bu barədə hərbi ekspert İbrahim Rüstəmli MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

O qeyd edib ki, nə Koçaryan, nə Sarkisyan hakimiyyəti reallığı, bu gün hamımıza növbəti dəfə bəlli olan həqiqəti dərk edə bilmədi: Dominos pizza

"Məhz onların rəhbərliyi ilə Qarabağın dağlıq hissəsi, eyni zamanda Qarabağ ətrafı rayonlar işğal olundu. Həmin rayonların hansı vəziyyətdə olduğunu da biz bu gün aydın şəkildə görürük. Bu erməni vandalizmidir. Bilirsiniz, insanın hərəkətləri onun düçüncələrinin tərcümanıdır. Bu gün bizim  Ağdamda, Füzuli, Cəbrayıl, Qubadlı, Kəlbəcərdə gördüklərimiz onların düşüncələrinin məhsuludur. Heç Stalinqrad Böyük Vətən Müharibəsində bu hala salınmamışdı. Biz bu gün orada -  uzun müddət işğal altında qalan ərazilərimizə baxış keçirərkən görürük ki, orada ümumiyyətlə bir həyat nişanəsi saxlanılmayıb. Bu təkcə Azərbaycan insanına qarşı deyil, ümumiyyətlə dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir".

Hərbi ekspert deyib ki, bu cinayətlərin məsuliyyəti məhz Sarkisyan və Koçaryanın çiyinlərindədir:

"Məhz onların fəaliyyəti dövründə Azərbaycana qarşı çox sərt, aqressiv təcavüz siyasəti həyata  keçirilib. Cənab Prezident vurğulayır ki, Paşinyan qısa müddətdə ordu yarada bilməzdi. Ancaq  bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, bütün bunlar Koçaryan və Sarkisyan hakimiyyətinin ideologiyasının, həyata keçirdiyi dövlət siyasətinin, ordu siyasətinin bir nəticəsidr. Təbii ki, bu sahədə Paşinyanın bir zamanlar Azərbaycanla bağlı söylədiyi güzəştlərlə ilgili fikirlərini də xatırlatmaq istəyirəm, çünki  Paşinyan da bir zamanlar Azərbaycanın işğal olunmuş ərazilərinin özünə qaytarılmalı olduğu fikrini səsləndirmişdi. Sonradan o da yanlış ideologiyanın təsiri altına düşdü. Paşinyan da sonradan öz mövqeyini 180 dərəcə çevirdi və  “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanat səsləndirdi, bunun da cavabını aldı".

İ.Rüstəmli söyləyib ki, bu gün Azərbaycana qarşı 30 ildir sərgilənən ideoloji, hərbi, siyasi təcavüzün arxasında dayanan əsas fiqurlar Koçaryan və Sarkisyn cütlüyüdür:

"Bu mənada cənab Prezidentin dediyi kimi, biz əslində Paşinyanı yox, Koçaryanı və Sarkisyanı məğlub etmişik, onlara  öz yerlərini göstərmişik. Təbii ki, Azərbaycan həm siyasi, həm ideoloji, həm də hərbi baxımdan mütərəqqi ölkədir. Bu ölkənin ən böyük gücü onun həqiqətin yanında dayanmasıdır. Onun öz əraziləri uğunda mübarizə aparmasıdır və nəhayət beynəlxalq hüququn Azərbaycanın mövqeyini dəstəkləməsidir. Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü bərpa etmək, bir zamanlar işğal olunmuş ərazilərdə suverenliyini bərpa etmək üçün əlindən gələni edəcək. Tarix göstərdi ki, Azərbaycan ordusu öz əraziləri uğrunda mübarizə aparan ordu kimi kifayət qədər güclüdür. Onun ən böyük gücü Azərbaycan dövləti kimi hər zaman həqiqətin yanında olmasıdır. Biz öz torpaqlarımız uğrunda mübarizə aparırdıq və qalib gəldik”. 

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!