Köçkünlər Qarabağa nə vaxt qayıdacaq? - Deputat tarixi   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Köçkünlər Qarabağa nə vaxt qayıdacaq? - Deputat tarixi AÇIQLADI

Siyasət

15 Mart 2021 17:01 2824


Dağlıq Qarabağ düşmən işğalından azad olunsa da, torpaqlarımızın minalardan təmizlənməsi, infrastrukturun tam şəkildə bərpa olunması hələ müəyyən qədər vaxt alacaq. Bunların fonunda məcburi köçkünlərin öz ata yurdlarına qayıtmasının da qısa zamanda baş tutması gözlənilmir. Lakin şəhər və rayonlarımızın bugünkü vəziyyəti ilə tanış olmaq, həmçinin erməni vandalizmini dünyaya nümayiş etdirmək üçün artıq işğaldan azad edilən ərazilərə səfərlərin təşkili başlayıb. Bu səfərlərdə isə daha çox media nümayəndələrinə yer verildiyi üçün  cəmiyyətin müəyyən qədər narazılığına səbəb olub. Belə ki, vətəndaşların əksəriyyəti yaşlı nəslin nümayəndələri üçün də turların təşkil edilməsini tələb edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov özünün də Xocalıya getməyi arzuladığını bildirib:

“O yaşlı insanlar kateqoriyasına aid olanın biri də mənəm. Artıq 71 yaşımın içərisindəyəm. 29 ildir ki, doğma evimdən - Xocalımdan ayrı yaşayıram. Mənim də arzumdur ki, oraya gedim. Bu illər ərzində jurnalistlər məndən müsahibə götürəndə çox vaxt, “Elman müəllim, nə arzunuz var?”,-deyə sual verirdilər. Mən isə, “Arzular tükənməzdir. Ancaq bu arzular içərisində mənim bir ali arzum var. Allah qismət eləsin, Xocalım azad olunsun və gedib Xocalıda ölüm”, - deyirdim. Bunu həmişə müqəddəs arzu hesab etmişəm. Bu gün də o arzum qüvvədədir. İstəyirəm gedib o dağıdılmış, viran qalmış doğma yurd-yuvamı görüm. Bilirəm, bunların hamısı olacaq. Zamanın heç nəyə və heç kimə ehtiyacı yoxur. Hər kəsin və hər şeyin isə zamana ehtiyacı var”. pizza hut

Millət vəkili vurğulayıb ki, reallıqla hesablaşmalıyıq:

“Tədricən hər şey baş tutacaq. Mövhümatçılıq olmasın, bir həqiqət də var, biz müsəlman kimi o həqiqətə inanırıq. Bir insanın gözləntisi olanda sanki Allah ona rəhm edib ömür verir ki, gedib arzusuna çatsın. Hesab edirəm ki, 29 il dözüb o arzu ilə yaşamışıqsa, 1 il də dözəcəyik. Bu prosesin baş tutması uzun çəkməyəcək. İnşallah, yazın əvvəllərində birinci köçürülmə başlayacaq. Mən bunun proqnozunu vermişəm. Düzdü, səlahiyyətin sahibi deyiləm, amma fikrimcə, ilkin köçürülməyə Şuşa şəhərindən başlanacaq. Çünki orada yaşamaq üçün evlər var, yollar çəkilir, infrastruktur bərpa olunur. Düşmən 28 ildir ki, hər il mayın 8-də Şuşada qələbə paradı keçirirdi. Hesab edirəm ki, Prezidentin rəhbərliyi altında bu ilin may ayında Şuşa şəhərində biz bayram keçirəcəyik və Şuşa camaatının oraya qayıdışı başlayacaq. Sadəcə təhlükəsizlik məsələlərinə riayət edilməlidir. Müharibə bitdikdən sonra bir neçə ay ərzində nə qədər hərbçimiz, mülki vətəndaşımız minaya düşüb. Bunlar nəzərə alınmalıdır və ümidli olmaq lazımdır ki, yaşlı nəsil də gedib öz dədə-baba yurdunda yaşayacaq, düşmən tərəfindən söndürülən ocağını yandıracaqdır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!