Kollec direktorunun döyülməsinin ƏSL SƏBƏBLƏRİ 

saytların hazırlanması

Evə çatdırılma

Kollec direktorunun döyülməsinin ƏSL SƏBƏBLƏRİ 

Kriminal

19 Mart 2025 12:15 1495


Xəbər verdiyimiz kimi,  UNEC nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb. Hadisə barədə daxil olmuş müraciət əsasında hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır. 

Hadisə ilə əlaqədar Sosial İqtisadi Kollecin Tərbiyə işləri üzrə direktor müavini Zaur Vəliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, sözügedən hadisənin səbəblərindən xəbərsizdir:

“Bununla bağlı polisə müraciət olunub. Mən hadisə vaxtı burda olmamışam, ona görə də dəqiq nəsə deyə bilmərəm. Amma hüquq-mühafizə orqanları rəsmi məlumat yayıbsa, deməli hadisə baş verib. Lakin hadisənin motivlərindən xəbərsizəm”.  pizza mizza

Hadisəni sosial şəbəkədə işıqlandıran  kollecin tarix müəllimi Qələndər Muxtarlı isə direktor Şəhriyar Laçınovun kollecdə qanunsuz əməllər törətdiyini deyib:

“Hadisənin motivində duran səbəbi bilirəm. Bu adam gələn günündən pedaqoji ahəngə uyğun hərəkət etmirdi. Direktor əsassız olaraq, kollketivin üzvlərini işdən çıxarırdı. Yerinə isə dediyinə görə, “öz komandasından” adamlar gətirirdi. Bir gün dərsə girməyib, jurnal anlayışı nədir bilmir. 15 mövzu üzrə tələbələrə 500 sual verib və hamısını kəsib. 1 fənnə görə 700 manat pul ödətdirəndə axırı belə olacaqdı. Kollecin təzə təmirdən çıxmış idman zalı var. İdman zalını icarəyə verib. Tələbələrdən koridorda imtahan götüzdürür. Belə olanda bilmirdi onun gözünün altını vurub dağıdacaqlar?”

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Cox ehtimal rüşvəti yiğişdirmağa calişir yeni gelen drektor ,lakin bezilerine serf elemir onun ucun loru dilde desek torba tikirler direktora.Ayılmaq vaxdirir öz savadi ilə təhsil alnla savadsiz birinin qiyməti eyni ola bilməz.
    1 year ago
  • Vaqif
    Şəhriyar Laçınov sayəsində tələbələr ilk dəfə tam şəffaf şəkildə imtahan veriblər. Şəhriyar müəllimə ləkə atmaq istəyənlər yəqinki qanunsuz gəlirdən məhrum olduqları üçün əl ayağa düşüblər.
    1 year ago