Kolleclərə ixtisas seçimi başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Kolleclərə ixtisas seçimi başa çatdı

Sosial

14 Sentyabr 2020 11:19 931


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Yenisabah.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu. pizza sifarişi

Lakin ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.

İxtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

Bu gün ixtisas seçimi edən abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!