Kolleclərə qabiliyyət imtahanları başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Kolleclərə qabiliyyət imtahanları başa çatdı

Sosial

18 Sentyabr 2020 14:57 990


2020/2021-ci tədris ili üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Xüsusi qabiliyyət tələb edən ixtisaslara (XQTİ) qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul üçün 26 avqust tarixindən başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269 nəfər məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

Bu müddət ərzində 13 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası(YQYK) fəaliyyət göstərib. Xatırladaq ki, cari ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanlarda kütləviliyin qarşısını almaq məqsədilə orta ixtisas təhsili müəssisələrinin yalnız aşağıdakı ixtisaslarına qəbul üzrə xüsusi qabiliyyət imtahanları keçirilib. pizza sifarişi

 - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;

- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);

- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;

-Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;

- Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!