Komandirini xilas etməyə gedərkən şəhid oldu 

saytların hazırlanması

Evə çatdırılma

Komandirini xilas etməyə gedərkən şəhid oldu 

Sosial

07 İyul 2024 12:29 736


Qəhrəmanlıq onlarda irsən gəlmədir. Bu nəsil çox igidlər yetişdirib. Vətənin başının üstünü qara buludlar alanda onlar həmişə silaha sarılıb. Ailələrini, sevdiklərini vətənə əmanət edərək, doğma yurdu qorumağa gediblər. 

Nihad Abdullayev belə bir şərəfli nəslin nümayəndəsidir. Onun əmisi Birinci Qarabağ müharibəsində şəhid olub. Şəhidlik igidlərin alın yazısıdır. Nihad da öz alnına yazılanları yaşadı və adını tarixə yazdı. Cəmi 18 yaşında...

18 yaş nədir ki?..  Toyuqlu pizza

Hərbi xidmətdən əvvəl ailəsinin körpə quzusu idi Nihad. Amma 44 gün ərzində saysız-hesabsız qanlı döyüşlərə atıldı, döyüşdü, əfsanəyə döndü. Əvvəl bir ailənin övladı idi, indi Azərbaycan xalqı onunla fəxr edir. Fəxr edilməyə layiq oğuldur Nihad Abdullayev... 

Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008-2019-cu illərdə Ə.Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. 

Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Nihad Abdullayev cəbhədə gedən qızğın döyüşlərdə qəhrəmancasına iştirak edib. Nihat noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralansa da, yenidən döyüşə qayıdıb və üç nəfər silah yoldaşına köməklik edib, komandirini xilas etməyə gedərkən minaya düşərək şəhid olub.

Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. 

... Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. İndi Nicat həmin zirvədə dayanıb azad Qarabağa baxır...

Ruhun şad olsun, şəhidim! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!