“Komik obrazlar oynamaq istəyirəm“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Komik obrazlar oynamaq istəyirəm“ - Aktrisa

Şou

17 Aprel 2023 17:33 790


"Mənfi obraz mənim daxili və xarici imkanlarıma uyğun gəlir deyə rejissorlar seçirlər. Amma bəzən olur ki, rejissorla bizim mübahisəmiz düşür və mən bu rolda özümü görmədiyim üçün imtina edə bilirəm".

Yenisabah.az Faktmedia-ya istinadla xəbər verir ki, bunu aktrisa Zemfira Əbdülsəmədova deyib.

Aktrisa əlavə edib: "Bu yaxınlarda mənə  pyes verəndə dedilər ki, orda iki obraz var və biz sizi  iki obrazda da görürük. Hansı obraz ürəyimə daha yaxındırsa o obraz üzərində çalışdım. Toyuqlu pizza

Ümumiyyətlə, obrazları mənfi və müsbətə bölmək istəmirəm, əsas uğurlu olmasıdır. Onu da demək istəyirəm ki, heç kəs doğuluşdan mənfi obrazda doğulmur, sadəcə  çətin həyat tərzi  olur, hansısa səhvlərin ucbatından xarakteri mənfi olur.

Mənim  üçün həm kino, həm teatr sahəsi maraqlıdır. Amma teatr mənim üçün daha özəldir. Bu ondan irəli gəlir ki, teatr canlı ünsiyyətdir və tamaşadan sonra gələn alqışlar, tamaşaçının zaldan  səhnəyə ötürdüyü enerji  insana gözəl əhval yaşadır.

Filmlərin keyfiyyəti ürəkaçan deyil. Filmə çəkilən, teatrda oynayan hər bir şəxs aktyorluq məktəbini keçməlidir. Mənim oynamaq istədiyim   arzuladığım bir rol var. Hansısa teatrda komik obrazlar oynamaq istəyirəm. İnşallah qismət olsa, rejissorlar imkan yaratsalar, əlbəttə, oynayaram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!