Komitə: Rusiyada 110 terror aktının qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Komitə: Rusiyada 110 terror aktının qarşısı alınıb

Dünya

13 Avqust 2024 13:32 438


2024-cü ilin əvvəlindən Rusiyada 110 terror aktının qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

“Düşmən tərəfindən cəlb edilmiş vətəndaşların iştirakı ilə 1050-dən çox şəxs terrorçuluq cinayətlərini hazırlama və törətmə, terrorçuluğa bəraət qazandırma və təbliğ etmə, terrorçuları maliyyələşdirmə və s. məqsədilə saxlanılıb", - deyə Komiitə əlavə edib. Sezar pizza

MAK qeyd edib ki, beynəlxalq terror təşkilatlarının 45 gizli özəyi ləğv edilib:

“Beynəlxalq terror təşkilatlarından təhdidlər qalmaqdadır, onların emissarları Rusiya üçün qeyri-ənənəvi olan radikal İslam cərəyanlarının ideyalarını tanıtmağa çalışır, terror aktları və silahlı hücumlar törədənləri, əsasən, Şimali Qafqaz əhalisi və Mərkəzi Asiyadan olan miqrantlar arasında axtarır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!