Məşhur kompyuter oyununun serialı işıq üzü görüb.
Yenisabah.az xəbər verir ki, illərdir oyun dünyasında adından söz etdirən “The Last of Us” oyun seriyasının serial versiyası ötən gün tamaşaçılara təqdim edilib.
2013-cü ildə “Naughty Dog” tərəfindən istehsal edilən oyunun əsas ssenarisi alternativ tarix və postapokaliptik dünyada baş verən hadisələri özündə birləşdirir. Dünyayı əhatəsinə almış zombi virusundan sonra həyatda qalmağa çalışan insanlardan bəhs edən oyunun ikinci hissəsi isə 2020-ci ildə oyunçuların öhdəsinə verilib. Dördpendirli pizza
Bundan sonra isə ABŞ-ın tanınmış onlayn film platforması olan “HBO Max” məlum oyunun serialının çəkiləcəyini anons etmişdi.
Xatırladaq ki, çəkilişləri 2 il davam edən serialın ilk tizeri ötən ilin 30 noyabrında yayılmışdı. İlk sezonu 9 bölümdən ibarət olacaq ekran işində baş rollarda Elli obrazında 20 yaşlı gənc ulduz Bella Remzey, Coel rolunda isə aktyor Pedro Paskalın iştirak edəcəyi qərarlaşıb.
Qeyd edək ki, “HBO Max” şirkəti bundan öncə 2019-cu ildə “Chernobyl” serialı ilə də adından söz etdirməyi bacarmışdı.
Telegram kanalımız