Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər 

saytların hazırlanması

Evə çatdırılma

Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər 

Dünya

13 Aprel 2024 21:44 674


Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb. 

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Mulekera şəhərinin meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar. pizza hut

Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.

"Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var", - o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu ittiham edib.

BMT-nin Konqonun şərqindəki sülhməramlı missiyasındakı mənbə 10 nəfərin öldüyünü bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!