Konqres yay tətilini dayandırır - Səbəb var

saytların hazırlanması

Evə çatdırılma

Konqres yay tətilini dayandırır - Səbəb var

Dünya

08 Avqust 2022 09:44 896


ABŞ Senatı Amerika iqtisadiyyatında böhranı və inflyasiyanı yumşaltmaq üçün 430 milyard dollar ayırmağı planlaşdıran təşəbbüslər paketini təsdiqləyib.

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, Konqresin Nümayəndələr Palatası bu təşəbbüslər paketinə səs vermək üçün avqustun 12-də yay tətilini dayandıracaq.

Prezidenti Co Bayden onu ratifikasiya edəcəyini daha əvvəl açıqlamışdı. 755 səhifəlik sənəddə federal büdcə kəsirinin və sakinlərin səhiyyə ilə bağlı xərclərinin azaldılması ilə yanaşı iqlim dəyişikliyinin təsirlərinin minimallaşdırılması üçün istifadə olunacaq bir sıra tədbirlər yer alır. pizza hut

Bundan əlavə, iri korporasiyalar üzrə vergilərin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramların həyata keçirilməsi üçün zəruri olan vəsait axınını qismən təmin edəcək. Bütün bunlar, ekspertlərin fikrincə, ölkədə aclığı aradan qaldırmağa imkan verəcək. Artıq hakim Demokratlar Partiyası bu təşəbbüsü dəstəklədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!