Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında şiş aşkarlanıb. Xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu açıqlayaraq, sənət adamlarına və xalqa müraciət edəərk kömək istəmişdi.
Yenisabah.az xəbər verir ki, sənətçinin əməliyyatı üçün lazım olan məbləğ artıq toplanıb.
Bu barədə xanəndənin köməkçisi sosial şəbəkə hesabında məlumat verib: Pepperoni pizza
“Bildiyiniz kimi, 3 ən yaxın doğması Könül xanıma 150 min manat dəstək oldu. Az əvvəl adının çəkilməsini istəməyən, sənətkarın səsinin və şəxsiyyətinin heyranlarından biri Könül xanımı ziyarət etdi. 60 min dollar (təxminən 100 min manat) dəstək oldu. Hər kəsə təşəkkürümüzü bildiririk. Artıq bu və digər kart nömrələri ilə Könül xanımın adından kimsə istifadə etməsin. Dönə-dönə hər birinizə sonsuz təşəkkür edirik”.
Telegram kanalımız