Könüllülər regionlarda seçiciləri maarifləndirir - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Könüllülər regionlarda seçiciləri maarifləndirir - FOTOLAR 

Siyasət

24 Yanvar 2024 17:02 488


Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsi ilə bağlı  fəaliyyətlər Azərbaycanın bölgələrində də davam edir. 

Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılır. 

Qeyd edək ki, Seçki Könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində eyni zamanda paytaxtda da fəaliyyət göstərirlər.  Toyuqlu pizza

“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!