Şimali Koreya liderinin bacısı ölkədə koronovirusun yayılmasını Cənubi Koreyanın boynuna atıb.
Yenisabah.az "Yonhap" istinadla xəbər verir ki, Kim Çen Inın bacısı Kim Yo-conq qonşu dövlətə xəbərdarlıq edib.
O, Cənubi Koreyada COVID-19-u yayamaqda, əhalinin, o cümlədən qardaşının yüksək hərarətdən əziyyət çəkməsində ittiham edib. Toyuqlu pizza
Şimali Koreya liderinin bacısı epidemiya əleyhinə tədbirlər üzrə milli komissiyanın iclasda çıxışı zamanı güclü cavab tədbirlərininin görülməli olduğunu dilə gətirib. "Əgər düşmən ölkəmizə virus gətirə biləcək təhlükəli addımlar atmağa davam edərsə, biz təkcə virusu deyil, həm də Cənubi Koreyanın hakimiyyət orqanlarını kökünü kəsəcəyik".
Şimali Koreyanın dövlət mediası Kim Çen Inın koronovirusla mübarizədə qələbə qazandığını elan edərək bununla bağlı tətbiq edilən məhdudiyyətlərin ləğv edildiyini bildirib.
Telegram kanalımız