Şimali Koreya lideri Kim Çen Inın bacısı Cənubi Koreyanın müdafiə nazirini qabaqlayıcı tədbirlər haqqında sözlərinə görə “əclaf” adlandırıb.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, cənublu nazir KXDR-ə qarşı preventiv zərbələr zərurətindən danışıb.
Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreyanın özünün "ciddi təhlükə" ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. pizza sifarişi
Xatırladaq ki, Cənubi Koreyanın müdafiə naziri Su Vuk Cümə günü ölkənin Strateji Raket Komandanlığına səfəri zamanı bildirib ki, rəsmi Seul Şimali Koreyanın Cənubi Koreyanı raketlərlə bombalamaq niyyətində olduğunu aşkar edərsə, Şimali Koreyaya qarşı "cərrah zərbələri" endirməyə qadirdir və buna hazırdır.
Telegram kanalımız