“Koroğlu” metrosu yaxınlığında qətl – Prokurorluq və DİN-in məlumatı

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu” metrosu yaxınlığında qətl – Prokurorluq və DİN-in məlumatı

Kriminal

24 Yanvar 2024 11:57 1147


Bakıda qətl törədilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Yanvarın 24-də saat 11 radələrində paytaxtın "Koroğlu" metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədov öldürülüb. Toyuqlu pizza

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!