Koronavirusun daha bir fəsadı ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, virus səbəbilə bir çox hamilə qadının doğuş prosesini nizamlı bir şəkildə nəzarətə altına almaq mümkün olmur. Bununla yanaşı ana və körpə ölümlərinin faizi də kəskin şəkildə artıb.
İngiltərənin paytaxtı Londondakı xəstəxanalarda ölü doğuş faizinin 4 dəfə artdığı açıqlanıb. pizza hut
İngiltərənin Milli Statistika Bürosunu məlumatına görə, ölkədə ölü doğuşların ortalama nisbəti mində 3,8 olduğu halda, bu nisbət iyul ayında 14,2-yə yüksəlib. Nepalda aparılan araşdırmada isə ölümlərin mində 21-ə çatdığı vurğulanıb.
Beynəlxalq Mama Konfederasiyasının sədri Franka Kadii hamilə qadınların özlərini özbaşıma təcrid etməsinin riskli olduğunu diqqətə çatdırıb.
Telegram kanalımız