Koronavirusun yeni ştammı aşkarlandı   - Təhlükə səviyyəsi məlum deyil

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusun yeni ştammı aşkarlandı - Təhlükə səviyyəsi məlum deyil

Dünya

04 Yanvar 2022 09:02 851


Koronavirusun yeni ştamı aşkarlanıb.

Yenisabah.az “Heute”yə istinadla xəbər verir ki, yeni ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə müəyyən olunub.

Mütəxəssislər virusun bu ştammının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Marqarita pizza

Testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.

Yeni versiya B.1.640.2 adını alıb və fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir.

Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə bundan əvvəl də xəbərdarlıq edirdilər.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!