“Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”   - İnstitut direktoru

saytların hazırlanması

Evə çatdırılma

“Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz” - İnstitut direktoru

Sosial

02 Dekabr 2020 14:41 820


Bir ilə yaxındır davam edən pandemiya ilə bağlı bəzən eyni şeyləri təkrar etməkdən adam özü də utanır. Amma başqa çarəmiz yoxdur, çünki virusla ilk dəfədir ki, qarşılaşırıq. Bildiyimiz tək çarə maska, sosial məsafə və gigiyenil qaydalara riayət etməkdir.

Yenisabah.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

A.Allahverdiyev qeyd edib ki, virusun yaşadığı yer hüceyrələrdir: Dördpendirli pizza

"Həmin virusu öldürmək üçün mütləq hüceyrəmizi də məhv etməliyik. Dəfələrlə vaksinlə bağlı açıqlamalar verilir, amma nəticə yoxdur. Hazırda dünya ölkələrinin laboratoriyalarında sınaqdan keçən 11 vaksin var. Amma onlardan dövriyyəyə buraxılanı yoxdur. Onların hansı dərəcədə effektli olacağı da bəlli deyil. Amma vaksindən sonra insanların qanında meydana gələn antitellərin nə qədər yaşayacağı da bəlli deyil. Bu baxımdan vaksinə arxayınlaşırıqsa, vəziyyət daha da pisləşə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!