Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR –   Sadəcə 2 şərt…

saytların hazırlanması

Evə çatdırılma

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR – Sadəcə 2 şərt…

Sosial

05 Noyabr 2024 10:55 27069


Vətəndaşlar kreditlə bağlı banklara müraciət edən zaman, bəzi hallarda mənfi cavab alırlar. Buna səbəb kimi, müraciət edən şəxsin vaxtilə kredit ödənişlərini gecikdirməsi və qarşılıqlı razılaşmalara əməl etməməsi əsas göstərilir. Belə desək, həmin vətəndaşlar “qara siyahı”ya düşmüş hesab olunur.

Bəs, kredit borcuna görə bankların "qara siyahısı"ndan necə çıxmaq olar? Bəs bu “gecikmələr” nə vaxtsa sıfırlanırmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, vətəndaşların kredit tarixçəsi heç vaxt dəyişmir: pizza sifarişi

“Ümumən kredit məsələlərində “qara siyahı” deyilən bir şey yoxdur, sadəcə kredit tarixçəsi deyilən bir şey var. Bu kredit tarixçəsi isə dəyişmir. Kiminsə nə vaxtsa kredit ödənişi ilə bağlı problemi olubsa, bu sistemdə öz əksini tapır. Ancaq bu o demək deyil ki, heç bir bank həmin şəxsə kredit verə bilməz. Bunu qanun qadağan etmir. Sadəcə bank həmin tarixçəyə baxır və qorxur”. 

Ekspertin fikrincə, etibarlı zamin və dəyərli girov olarsa, banklar həmin şəxsə yenidən kredit verə bilər:

“Məsələn, sizdən və ya məndən kimsə gəlib borc istəsə və bilsək ki, bu adamın vaxtilə ödənişlə bağlı problemi olub, sözsüz ki, tərəddüd edərik. Banklar da belədir. Əlbəttə, bu tarixçəni yavaş-yavaş düzəltmək olur. Misal üçün yaxşı zamin və girov varsa, onda ola bilər ki, həmin şəxsə göz yuma bilərlər. Bunun yolu ancaq budur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • TURAL
    Salam mene 10000 mebleginde lazimdi kredit toyum ucun ozumde muharibe veteraniyam pul problemine gore qalmisam komeyliy ede bilersiz?
    2 years ago
  • Xeyal Hesenov
    Salam mən kredit götürmək istəyirəm
    2 years ago
  • Tural
    Salm men necə gündəlik təlabat kiredeti götürə bilərəm
    2 years ago
  • Niyaməddin
    Salam mən Zeynalov Niyaməddin Mətləb oğlu kredit götürmək istəyirəm heç bir bank kredit vermir azpulmatdan kredit götürdüm 70 manat iki gündən sonra mənə dedilər ki 240 manat ödə bizdə sənə kredit ayıraq 2500 manat indiyə kimi mənə nə kredit ayırırlar nədəki sistemdən adımı silmirlərki başqa bank mənə pul versin
    2 years ago
  • Müşfiq
    Salam mən necə ipoteka krediti götürə bilərəm?
    2 years ago
  • Müşfiq
    Salam mən necə ipoteka krediti götürə bilərəm?
    2 years ago
  • Müşfiq
    Salam mən necə ipoteka krediti götürə bilərəm?
    2 years ago