Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”

saytların hazırlanması

Evə çatdırılma

Kreml: “Makronun səfərinin həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”

Dünya

07 Fevral 2022 16:55 639


“Biz bir görüşün həlledici dəyişikliyə səbəb olacağını gözləmirik”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasındakı baş tutacaq görüş barədə danışarkən deyib.

“Makron Avropa İttifaqına sədrlik edən ölkənin prezidentidir. Bu, çox əhəmiyyətlidir. Amma vəziyyət çox mürəkkəbdir. Bununla belə, Makron Putinə deyib ki, gərginliyin azalması istiqamətində müəyyən təklifləri var. O, bu fikirləri Putinlə bölüşməyə hazırdır”, - D.Peskov bildirib/Report. pizza mizza

Qeyd edək ki, liderlər arasındakı görüşün bu gün keçiriləcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!