Kremldən qəribə açıqlama: Putin Türkiyəyə getmir?

saytların hazırlanması

Evə çatdırılma

Kremldən qəribə açıqlama: Putin Türkiyəyə getmir?

Dünya

03 Avqust 2023 01:34 1896


Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş yerinin Türkiyə olması mütləq deyil.

Yensisabah.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında deyib.

"Yer müzakirə olunacaq, görüş yerinin Türkiyə olması mütləq deyil. Amma Ərdoğan dəvət edib. Bilirsiniz ki, prezidentin (Putin – red.) özü Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dedi ki, indi onun ölkədə olması lazımdır. Ona görə də onun üçün səfərləri həyata keçirmək çətindir, lakin bir daha təkrar edirəm, bütün bunlar diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - Peskov bildirib. Dördpendirli pizza

Kreml sözçüsü onu da vurğulayıb ki, iki ölkə liderləri görüşün həm yerini, həm də tarixini yaxın gələcəkdə dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!