Krımda fövqəladə vəziyyət tətbiq edildi

saytların hazırlanması

Evə çatdırılma

Krımda fövqəladə vəziyyət tətbiq edildi

Dünya

16 Avqust 2024 23:28 936


Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin (AFQ) Krım körpüsünə raket hücumu ilə əlaqədar Kerçdə fövqəladə vəziyyət tətbiq edilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Komissiya bələdiyyə reaksiya səviyyəsində fövqəladə vəziyyət təhlükəsini tanıyıb", - məlumatda deyilir. Pepperoni pizza

Müvafiq qərar rayon ərazisində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə şəhər komissiyasının iclasından sonra qəbul edilib.

İclasda Kerç administrasiyasının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanları və şəhərin resurs təchizatı təşkilatlarının əməkdaşları iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!