Krımda Rusiya məxsus hərbi qayıq vuruldu 

saytların hazırlanması

Evə çatdırılma

Krımda Rusiya məxsus hərbi qayıq vuruldu 

Dünya

06 May 2024 13:21 543


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda Rusiya ordusuna məxsus yüksəksürətli hərbi qayığı vurub. Hücum üçün “Magura V5” dəniz dronundan istifadə edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə yerli mediyaya xüsusi xidmət orqanlarındakı mənbələrdən məlumat verilib. Rusiya hərbi qayığının mayın 6-na keçən gecə Uzkaya körfəzində vurulduğu bildirilir. 

Qeyd olunur ki, uğurlu əməliyyatın arxasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanıb. Kəşfiyyat “Magura V5” dronunun rus ordusunun yüksəksürətli qayığını məhv etdiyini təsdiqləyib.  Marqarita pizza

“Ukraynanın hücumlarının qorxusu işğalçıları Qara dəniz donanmasının iri gəmilərini yarımadadan uzaqda gizlətməyə məcbur edir. Odur ki, Krım ərazi sularında sürətli manevr edə bilən hərbi gəmilərdən istifadə olunur”, - deyə məlumatda bildirilir. (AzərTac) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!