Kriminal avtoritet Həsənov saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoritet Həsənov saxlanıldı - Fotolar

Kriminal

18 Oktyabr 2023 22:51 8258


Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.

Yenisabah.az Lent.az-a istinadən bildirir ki, hadisə Proezjaya küçəsində yerləşən "Xəzər" kafesinin yaxınlığında baş verib. Həmin şəxslə "Mercedes" markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.

"Onların avtomobilindən "Makarov" tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib", - məlumatda vurğulanır pizza sifarişi

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.

Həsənov əvvəllər də quldurluq cinayətinə görə məhkum olunub. O, cəzasını çəkərkən kriminal avtoritet statusu alıb. Azadlığa çıxandan sonra tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.

Marsel Həsənovun çeçen "qanuni oğru" Əhməd Şalinski ilə əlaqəsinin olduğu iddia edilir.

undefined

 

undefined


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!