Kriminal avtoritet “Nicat Lənkəranski” ilə bağlı məhkəmə başladı

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoritet “Nicat Lənkəranski” ilə bağlı məhkəmə başladı

Kriminal

06 Sentyabr 2023 13:00 975


Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

“Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. Zərərçəkmiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib. pizza sifarişi

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin edilib.

“Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!