Kriminal avtoritetin dəfni - Yüzlərlə lüks maşın və anonim çələnglər

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoritetin dəfni - Yüzlərlə lüks maşın və anonim çələnglər

Kriminal

25 Yanvar 2025 20:33 499


Çexov mütəşəkkil cinayət qrupunun lideri Nikolay Pavlinov Moskva vilayətində dəfn edilib və onunla vidalaşmağa çoxlu adam, o cümlədən kriminal rəhbərlər toplaşıb.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Moskva vilayətinin Talej kəndində keçirilən dəfn mərasimində saysız-hesabsız “Gelandevagen” və “Range Rovers” avtomobillərdə gələn çox sayda insan iştiak edib. Bundan başqa, Pavlinovun məzarına onlarla çələng göndərilib, ancaq onlardan bəziləri anonim qalıb, konkret kim tərəfindən göndərildiyi bilinməyib, titul lentində "yaxşı adam" və ya "qonşular" qeydi olub. Bu, güman ki, kriminal avtoritetlərlə müharibə aparan hüquq-mühafizə orqanların təqib və təzyiqindən yayınmaq üçün düşünülüb..

Kriminal aləmdə Kolya kimi tanınan Pavlinov yanvarın 17-də xərçəng xəstəliyindən ölüb. 2017-ci ildə o, dövlət torpaqları ilə dələduzluq etdiyinə görə 17 il həbs cəzası alıb, lakin səhhətində yaranan ciddi problemlərə görə 2023-cü ildə azadlığa buraxılıb. Dominos pizza

Pavlinov şöhrətini 90-cı illərdə, “Vityaz" xokkey klubunun sahibi olduğu, həmçinin məhkəmədə müdafiəsində çıxış edən məşhur boksçular Denis Lebedev və Alekander Povetkinə sponsorluq etdiyi zaman qazandı.

Onun dəfn mərasimində iştirak edənlər arasında idman və kriminal aləmin çoxlu nümayəndələri də olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!