KTMT Qarabağdakı hadisələrə görə planlarına düzəliş edir

saytların hazırlanması

Evə çatdırılma

KTMT Qarabağdakı hadisələrə görə planlarına düzəliş edir

Dünya

05 Oktyabr 2023 17:11 591


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurası yanında işçi qrupu hərbi kadrların hazırlanması üzrə plan və proqramlara düzəliş etmək niyyətində olduğunu bəyan edib.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu barədə KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini, Belarus Silahlı Qüvvələrinin general-mayoru Viktor Lisovski bildirib. 

Onun sözlərinə görə, Çevik Kollektiv Qüvvələrin istifadəsi, çevik yerləşdirilməsi, birgə sülhməramlı əməliyyatların aparılması üçün qüvvələr ilə bağlı bu gün qüvvədə olan həmin normativ hüquqi sənədlər və döyüş sənədləri nəzəri cəhətdən çox gözəl təsvir olunub. Pepperoni pizza

“Bu gün düşdüyümüz vəziyyətin şərtlərindən, sözün əsl mənasında, hətta son illərin hadisələri, məsələn, Qafqaz regionunda baş verən hadisələrdən görürük ki, bir araya gəlməyə ehtiyac var və bütün bu dəyişiklikləri, transformasiyaları nəzərə alaraq, birgə təlimləri davam etdirmək üçün plan və proqramlarımızı nəzərdən keçirək və bir daha düzəliş edək”, - Lisovski qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!