Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi, general-polkovnik Anatoli Sidorov gələcəkdə təşkilatın genişləndirilə, eləcə də müşahidəçilərin siyahısının əlavə oluna biləcəyini istisna etməyib.
Yenisabah.az xəbər verir ki, bu barədə KTMT-nin “Telegram” kanalı məlumat yayıb.
“Prinsipcə, biz Latın Amerikası, Afrika və digər qitələrdən tərəfdaşları və müşahidəçiləri qəbul etməyə hazırıq. Bir həftə əvvəl biz BRICS-in tərkibinin necə olacağını dəqiq deyə bilərdikmi? Şəxsən mən deyə bilməzdim. Dövlət başçıları qərar verdi və BRICS-in tərkibi artıb. Eyni şey KTMT ilə də baş verə bilər”, – deyə o, brifinq zamanı bildirib. pizza
Xatırladaq ki, bundan əvvəl Sidorov sentyabrın 1-dən Belarusda başlayacaq “Döyüş Qardaşlığı-2023” hərbi təlimlərində Çin, İran, Səudiyyə Ərəbistanı və Monqolustan nümayəndələrinin müşahidəçi qismində iştirak edəcəklərini açıqlamışdı.
Telegram kanalımız