“KTMT və NATO əməkdaşlıq edə bilər“ - Baş katib

saytların hazırlanması

Evə çatdırılma

“KTMT və NATO əməkdaşlıq edə bilər“ - Baş katib

Dünya

27 Dekabr 2021 11:22 542


KTMT və NATO narkotiklərin qanunsuz dövriyyəsi və terrorizmlə mübarizədə əməkdaşlıq edə bilər.

Yenisabah.az "RIA NOvosti"yə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas bildirib.

"Bir sıra sahələr var ki, bizim nöqteyi-nəzərimizdən KTMT ilə NATO arasında əməkdaşlıq hər iki tərəfə fayda verəcək. Bu, ilk növbədə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, terrorizmlə mübarizəyə aiddir", - o qeyd edib. Dominos pizza

KTMT-nin baş katibi əlavə edib ki, təşkilat artıq dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində dialoqa başlamağa hazır olduğunu bildirib, lakin heç bir qarşılıqlı addım atılmayıb: 

“Bu, müəyyən nəticələrə gətirib çıxarır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!