Kuba kəşfiyyatı insan alveri şəbəkəsini ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Kuba kəşfiyyatı insan alveri şəbəkəsini ifşa etdi

Dünya

07 Sentyabr 2023 17:48 642


Kuba xüsusi xidmət orqanları insan alveri şəbəkəsinin aşkar edildiyini açıqlayıb.

Yenisabah.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, bu barədə Kuba XİN məlumat yayıb.

Şəbəkənin məqsədi aztəminatlı Kuba vətəndaşlarını Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya silahlı qüvvələrində muzdla döyüşməyə cəlb etmək olub. pizza hut

Ölkə hakimiyyəti həm Kuba sakinlərini, həm də Rusiyadakı kubalıları hədəf alan həmin rus şəbəkəsini ləğv etməyə başlayıb.

Rəsmi Havana da cinayət işinin başlandığını bildirib. Eyni zamanda, Kuba hakimiyyəti ölkənin Ukrayna müharibəsində iştirak etmədiyini və Kuba vətəndaşlarının hər hansı ölkəyə qarşı silahlı əməliyyatlara cəlb edilməsinə qarşı tədbir görəcəyini təkid edir.

Rəsmi Moskva hələlik Havananın bəyanatını şərh etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!