“Küçə itlərinə görə 13 min kredit götürmüşəm” - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Küçə itlərinə görə 13 min kredit götürmüşəm” - Müğənni

Şou

06 Mart 2023 11:06 1203


Son günlər “ON” albomu ilə gündəmdə olan “Avroviziya” təmsilçimiz Aisel küçə itlərinə görə 13 min manat kredit götürdüyünü bildirib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə MTV-də yayımlanan “Səhərin səsi” proqramında danışıb:

“Çoxdan olub. Küçə itlərinə yem almaq üçün 13 min manat kredit götürmüşdüm. 2012-ci ildə itləri küçədən yığıb belə bir şey etmişdim. Yazığımız gələn itləri yığırdıq. Mən və dostlarım indiyədək bu işlə məşğuluq, amma indi itlər daha azdır, çünki çoxunun artıq ailəsi, sığınacağı var. 25-30 iti ödənişlə saxlatdırırdım. Uşaqlıqdan bu mövzuda kövrəyəm. Bağlanmaqdan qorxduğum üçün özüm saxlamıram. Həm də baxmağa vaxtım yoxdur. Avtomobilimdə isə heyvan yeməyi həmişə var, görəndə düşüb yedirdirəm”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!