Külək gücləndi, leysan yağdı, dolu düşdü - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Külək gücləndi, leysan yağdı, dolu düşdü - Faktiki hava

Sosial

01 İyun 2024 22:52 876


Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan,Tərtər,Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. pizza hut

Zaqatala rayonuna diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə 8-10 mm, Düzyurd kəndinə isə 6-8 mm dolu düşüb.

Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!