Külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Külək güclənib, yağış yağır - FAKTİKİ HAVA

Sosial

06 Yanvar 2025 09:50 297


Azərbaycanda yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkənin bəzi yerlərində arabir yağış yağır.

Yenisabah.az xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi, Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10, Quba, Qax (Sarıbaş), Şahbuzda 5, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir. Marqarita pizza

Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti Goranboyda 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb. Bu da sarı xəbərdarlığa uyğundur.

Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!