Küləyin sürəti artdı, bəzi rayonlarda şaxta qeydə alındı - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Küləyin sürəti artdı, bəzi rayonlarda şaxta qeydə alındı - FAKTİKİ HAVA

Sosial

05 Yanvar 2025 12:37 265


Yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib. Marqarita pizza

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!