Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə hökm oxundu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda dələduzluqda ittiham olunan Orxan Babazadəyə hökm oxundu - Foto

Kriminal

05 Fevral 2025 18:36 268


Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan "İnstapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Pepperoni pizza

Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib.

Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.

Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!