"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, meyit aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb. Dominos pizza
Hadisə bu gün səhər 06:30 radələrində baş verib. İçərisində Yevlax Rayon Polis Şöbəsinin 4 əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.
Telegram kanalımız