“Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik” - Zelenski

Dünya

14 Avqust 2024 21:51 854


Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, - prezident deyib. pizza

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

"Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir", - Zelenski vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!