Qaraçuxurda kuryer avtomobilinin şüşəsini sındıraraq 6 ədəd son model “Iphone” markalı mobil telefon oğurlayan şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib. Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib. pizza mizza
Faktla bağlı arşadırmalar davam etdirilir.
Telegram kanalımız