KXDR lideri: “Müdafiə qabiliyyəti gücləndirilməlidir“

saytların hazırlanması

Evə çatdırılma

KXDR lideri: “Müdafiə qabiliyyəti gücləndirilməlidir“

Dünya

24 İyun 2022 10:34 763


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In düşmən qüvvələr qarşısında ölkənin müdafiə qabiliyyətini gücləndirməyə çağırıb.

Yenisabah.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının genişləndirilmiş iclasında o, ölkənin hərbi qüdrətinin və müdafiə potensialının gücləndirilməsi məsələlərinin həyata keçirilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

KXDR həmçinin, özünün qabaqcıl bölmələrinin əməliyyat öhdəliklərini mühüm hərbi əməliyyat planı ilə tamamlamaq qərarına gəlib. pizza mizza

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) iyunun 23-də Mərkəzi Hərbi Komissiyasının genişləndirilmiş iclası keçirilib, iclasda hərbi hissələrin strateji məsələlərinin nəzərdən keçirilməsi və onların yenidən təşkili ilə bağlı məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!