Laanet Rusiyanı lənətlədi: “Real təhlükədir“

saytların hazırlanması

Evə çatdırılma

Laanet Rusiyanı lənətlədi: “Real təhlükədir“

Dünya

03 Yanvar 2022 22:40 1291


"Rusiya bütün qitə üçün təhlükədir".

Yenisabah.az "Sputnik Estoniya"ya istinadla xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kalle Laanet deyib.

Onun sözlərinə görə, Avropa qitəsinin təhlükəsizliyi Aİ-nin şərq qonşusu ucbatından real təhlükədədir.  pizza mizza

"Avropa Birliyinin şərq qonşusu təkbaşına yaşamaq istəmir, başqalarının da sülh və demokratiya şəraitində yaşamasına imkan vermir. Onun üçün başqa ölkələr sadəcə işğal üçün dəyərli ərazilərdir", - deyə müdafiə naziri qeyd edib.

Laanet, həmçinin bildirib ki, Estoniya artıq özünü tək müdafiə etməyə ehtiyac duymur, çünki indi onun güclü müttəfiqləri var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!