Lavrov ABŞ və NATO-nu hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov ABŞ və NATO-nu hədələdi

Dünya

31 Dekabr 2021 13:27 696


ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ağlabatan müddətdə cavab verməsə, Rusiya strateji tarazlığı təmin etmək və təhdidləri aradan qaldırmaq üçün addımlar atacaq.

Yenisabah.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Bununla da o, növbəti dəfə Qərbi təhdid edib.

“Əgər ağlabatan müddətdə konstruktiv cavab verilməsə və Qərb öz aqressiv xəttini davam etdirsə, o zaman Rusiya strateji tarazlığı təmin etmək və təhlükəsizliyimiz üçün qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq”, - Lavrov bildirib. Sezar pizza

Mondern.az-ın yazdığına görə, yanvarın 10-da Cenevrədə Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyanın təklifləri üzrə danışıqların keçirilməsi planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!