Lavrov Ankaranı “feyk”lərlə birgə mübarizəyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Ankaranı “feyk”lərlə birgə mübarizəyə çağırdı

Dünya

12 Oktyabr 2023 13:41 310


Rusiya və Türkiyə media məkanında saxtakarlıq, bədxahlardan gələn dezinformasiya ilə mübarizə aparmaq üçün birgə işləməli, bu sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya-Türkiyə: əməkdaşlığın gücləndirilməsində medianın rolu” mövzusunda Moskvada keçirilən tədbirdə deyib.

Nazir Rusiyada akkreditasiyadan keçmiş türkiyəli jurnalistlərə köməklik göstəriləcəyini vəd edərək, Ankaranın Rusiya Federasiyasından olan jurnalistlərə də oxşar münasibət göstərəcəyinə ümid etdiyini bildirib. pizza mizza

S. Lavrov qeyd edib ki, hazırkı beynəlxalq şəraitdə ikitərəfli əməkdaşlığa aid əlverişli informasiya fonunun saxlanması xüsusilə tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!