Rusiya Federasiyasının rəsmiləri rusiyalı hərbçilərin Ukraynanın Buça şəhərində insanların kütləvi qətlində əli olması barədə iddiaları qəti şəkildə rədd edir.
Yenisabah.az Ria Novosti-yə istinadən xəbər Kremlin mətbuat katibi Dmitri Peskovun ardınca, Rusiyanın müdafiə naziri Sergey Lavrov da baş verənləri “tamaşa” adlandırıb.
O, Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən həmin videolarda saxtakarlığın əlamətlərinin aşkar olunduğunu söyləyib. pizza
Sergey Lavrov BMT baş katibinin müavini Martin Qriffitslə görüşdə orada baş verənlərin səhnələşdirildiyini deyib.
“Bu günlərdə Rusiya hərbçiləri plana uyğun olaraq Buçadan çıxandan sonra orada növbəti feyk hücum hazırlanıb. Tamaşa hazırlanıb və bu, Ukrayna nümayəndələri və onların Qərb himayədarları tərəfindən bütün kanal və sosial şəbəkələrdə yayılır.
Onlar Buçadakı səhnələşdirmədən anti-Rusiya məqsədləri üçün istifadə etməyə çalışırlar.
Rusiya hərbi qulluqçuları martın 30-da bu şəhəri tamamilə tərk etdilər, martın 31-də şəhər meri hər şeyin qaydasında olduğunu təntənəli şəkildə dedi və iki gündən sonra biz küçələrdə bu tamaşanın necə təşkil edildiyini gördük, indi də onlar bunu anti-Rusiya məqsədləri üçün istifadə etməyə çalışırlar”.
Telegram kanalımız