Lavrov: Ermənistan dəhlizdə rus sərhədçilərini görmək istəmir

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: Ermənistan dəhlizdə rus sərhədçilərini görmək istəmir

Siyasət

18 Yanvar 2024 15:52 509


Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Sünikdə yerləşdirilməsini istəmir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması böyük təəssüf doğurur”, - deyə Lavrov vurğulayıb. Toyuqlu pizza

Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir.

Rusiya XİN rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir:

“Gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvət görmədən prosesə sızmağa başladılar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!