Lavrov: Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür

Lavrov: Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür

Dünya Veb saytların hazırlanması

10 Sentyabr 2023 13:44 497


NATO ölkəsinin Cənubi Qafqaza soxulmağa çalışmasında yaxşı heç nə yoxdur.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 11-20-də keçirilməsi planlaşdırılan Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsini nəzərə alsaq, Ermənistan və ABŞ arasında təlimlər qəribə görünür: "Rusiya Federasiyası Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək niyyətindən təəssüflənir".

Rusiya XİN başçısı ümid edir ki, Ermənistanın xarici siyasətində Rusiya qarşısında müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Ermənistan nümayəndələrinin Rusiyanın Qarabağı Azərbaycana verməsi ilə bağlı açıqlamalarını yanlış adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!