Lavrov hədələdi: “Sülhməramlılara həmlə Rusiyaya hücum sayılacaq“

saytların hazırlanması

Evə çatdırılma

Lavrov hədələdi: “Sülhməramlılara həmlə Rusiyaya hücum sayılacaq“

Dünya

01 Sentyabr 2022 13:45 1304


"Dnestryanı bölgədə rus ordusunun təhlükəsizliyini təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Maraqlarımıza gəldikdə isə, sülhməramlılarımız orada yerləşdirilib, Kolbasnadakı Avropanın ən böyük silah-sursat anbarını qoruyan hərbi qrupumuz bölgədədir", - deyə XİN rəhbəri vurğulayıb. Dominos pizza

O əlavə edib: "Hər kəs başa düşməlidir ki, hərbçilərimizin təhlükəsizliyinə təhlükə yarada biləcək istənilən hərəkət beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək. Cənubi Osetiyada sülhməramlılarımız Saakaşvili tərəfindən hücuma məruz qalanda olduğu kimi...".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!