Rusiya xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edəcək.
Yenisabah.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Lavrovun səfəri aprelin 15-nə planlaşdırılıb. Sezar pizza
Xətibzadə deyib ki, bu səfər Məhəmməd Cavad Zərifin dəvəti ilə İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr çərçivəsində baş tutacaq.
“Danışıqlarda ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional məsələlər, xüsusən, Qafqaz, Suriya, Yəmən və Əfqanıstandakı son inkişaflar, regional və beynəlxalq forumlarda iki ölkə arasında əməkdaşlıq, o cümlədən BMT Təhlükəsizlik Şurasında ABŞ-ın sanksiya siyasətinə qarşı ahəngdar addımlar xarici işlər naziri arasındakı danışıqlarda əsas məqamlar olacaq”, - deyə Səid Xətibzadə vurğulayıb.
Telegram kanalımız