Rusiyada "Türk axını" qaz kəmərinin partlatmaq cəhdlərinə dair məlumatlar var.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
G20 liderlərinin Hindistanda keçiriləcək sammitində iştirak etmək üçün Dehlidə olan Rusiya XİN başçısı ölkəsində Qara dənizdə "Türk axını" və "Mavi axın" qaz kəmərlərini partlatmaq cəhdləri ilə bağlı məlumatların olduğunu söyləyib.
Bundan əlavə, Lavrov Rusiyanın enerji infrastrukturunu qoruyan mülki və hərbi gəmilərinə Ukraynanın hücum etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə etdiyini qeyd edib.
Telegram kanalımız