Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisinin saxlanması ilə bağlı vəziyyətin nizamlanmasının vacibliyini açıqlayıb.
Yenisabah.az "Interfaks”a istinadla xəbər verir ki, nazir deyib:
“Biz bu vəziyyəti başa düşməliyik. Gəmi, deyəsən, həqiqətən də Rusiya bayrağı altında üzüb. Fikrimcə, Qazaxıstana məxsusdur və yük Estoniya ilə Türkiyə arasında müqavilə əsasında daşınıb”. Toyuqlu pizza
Bundan əvvəl Ukrayna taxılının qanunsuz daşıdığı iddia edilən “Jibek Jolı” yük gəmisinin Türkiyədə saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Telegram kanalımız